Dek 29, 2019 21:26 Asia/Baku
  • "Regional kollektiv əməkdaşlıq İranın prioritetidir"

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi İranin regionla bağlı pioritetini kollektiv əməkdaşlıq adlandırıb.

Fars Xəbər Agentliyinin məlumatına görə, Hüseyn Əmir Abdullahiyan özünün Tvitter hesabından paylaşdığı yazıda bildirib: "Əgər bəziləri ABŞ-ın avantürist oyununda iştirak etmək istəyərlərsə və regionun təhlükəsizliyini oyuncaq sayarlarsa, İran buna biganə qalmayacaq".

İran, Rusiya və Çinin birgə dəniz təlimlərinə toxunan Ə.Abdullahiyan qeyd edib ki, bu təlimlərin mesajı sülh, dostluq və İran İslam Respublikasının regionun və enerji nəqlinin təhlükəsizliyini təmin etmək üçün göstərdiyi səyləridir.

Teqlər