Ruhani: Amerikanlar son 41 ildə İrana qayıtmaq yuxusunu görürlər
İran İslam Respublikası Prezidenti amerikanların son 41 ildə İrana qayıtmaq yuxusunu gördüklərini bildirərək deyib: İslam inqilabının qələbəsi ilə eyni zamanda Amerikanın İrandan qovulması ABŞ rəsmiləri üçün dözülməzdir.
İran İslam Respublikası perzidenti Həsən Ruhani Tehranda islam inqilabının qələbəsinin 41-ci ildönümü yürüşündə iştirak edən milyonlarla tehranlının mitinqində etdiyi çıxışında deyib: İran islam inqilabının təsiri sadəcə ölkənin daxilini deyil hətta regiona və bütün müsəlmanlar və azadlıq sevər insanları da əhatə etmişdir.
Ruhani İran İslam Respublikasının gücü və regiondakı təsirli rolunu xatırladaraq deyib: Amerika və sionist rejim İranın gücünü bilərək həmişə İran xalqı və islam inqilabının barışmaz düşməni olublar.
İİR prezidenti İslam İnqilabının Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin şəhid komandanı General Qasim Süleymaninin döyüş meydanının sərkərdəsi və müzakirənin baş diplomatı olduğunu vurğulayaraq deyib: Şəhid Süleymani region xalqlarının köməyi ilə İraq, Suriya və Livana sabitlik və təhlükəsizlik bəxş etdirdi.
Bu gün 22 bəhmən , 11 fevral İmam Xomeyninin(r.ə) rəhbərliyi ilə İran islam inqilabının qələbəsinin 41-ci ildönümü gününə təsadüf edir.