Sanksiyalar düşmənlərə bir nailiyyət gətirməyibdir
İran İslam Respublikasının prezidenti vurğulayıb ki, İran xalqına qarşı sanksiyalar düşmənlərə bir nailiyyət gətirməyibdir. O, deyib ki, İran İslam Respublikası ABŞ-ın maksimum təzyiqini arxada qoyubdur.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün bir mətbuat konfransında İrana qarşı sanksiyaların təsirsiz olacağını vurğulayıb. O, əlavə edib: Amerikanın bütün məqsədi budur ki, İranın dövləti və xalqına qarşı maksimum təzyiqlə İran İslam Respublikasını müzakirə masasına çəkib gətirsin, amma bu, heç vaxt mümkün olmayacaqdır.
Ruhani İran dövlətinin "Hörmüz sülhü" layihəsi barədə isə belə deyib: Bütün dünya xalqlarına aydındır ki, Qərbi Asiya bölgəsində İranın iştirakı olmadan sülh və sabitlik mümkün deyildir.
İran İslam Respublikasının prezidenti Sepah-ın Qüds Qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin regiondakı roluna da işarə edib və belə deyib: Şəhid Soleymani həssas Fars Körfəzi bölgəsində və Qərbi Asiyada sülh və sabitlik ardınca oldu və daima bu yolda səy göstərdi.
Ruhani həmçinin Yəmən böhranına toxunub. O, deyib: Ərəbistan Yəmənə təcavüzü dayandırmalı və Yəmən məsələsi bu ölkə xalqının özünə həvalə olunmalıdır.