Dünya ölkələrinin başçıları İran xalqının müqavimətinə heyrət edirlər
İran İslam Respublikasının prezidenti düşmənlərin İranın inkişaf prosesini dayandırmaq üzrə fitnələrinə toxunub. Deyib ki, müxtəlif ölkələrin başçıları daima İran xalqının düşmənlərin təzyiqləri qarşısında müqavimət göstərməsi və tab gətirməsini yüksək qiymətləndirirlər.
Həsən Ruhani bu gün Tehranda 33-cü Beynəlxalq Xarəzmi Festivalının bağlanış və bu festivalın qaliblərinin mükafatlandırılmaları mərasimində əlavə edib: Bütün Qərb və Avropa başçıları üçün təəccüblü və heyrətləndiricidir ki, İran xalqı bu qədər təzyiqin qarşısında müqavimət göstərib, elm və bilik sahəsində irəliləyir.
İranın müxtəlif sahələrdəki irəliləyişlərinə toxunan Ruhani söyləyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ekspertləri Tehranın nüvə anlaşması öhdəliklərinin azaldılmasından və öz nüvə fəaliyyətlərini bərpa etməsindən sonra nüvə mərkəzlərində olarkən İranın yeni sentrifuqaların istehsalındakı inkişaf tempindən təəccüb ediblər.
İran İslam Respublikasının prezidenti İranın hava və kosmosdakı irəliləyişlərinə işarə edib. Deyib ki, İran bu sahədə yaxşı addımlar atıb və öz araşdırma prosesini davam etdirəcək.
Ruhani həmçinin İranın müxtəlif sahələrdə, o cümlədən elm sahəsində dünya ölkələri ilə əməkdaşlığının genişləndirilməsi vacibliyini vurğulayıb.