İranda koronavirusla mübarizə layihəsində 30 milyon nəfərdən çox insan dispanserləşdirilib
İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri ölkədə koronavirusla mübarizə layihəsində 30 milyon nəfərdən çox insanın dispanserləşdirilməsindən xəbər verib.
İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün bildirib ki, ölkə əhalisinin təqribən 40 faizi koronavirusla milli mübarizə layihəsində dispanserizasiya edilib. O, deyib ki, hər gün müəyyən əlamətlərə malik təqribən 2200 şübhəli hal aşkar edilərək, onlarla əlaqə saxlanılır.
Cəhanpour sonra söyləyib: Əgər bu şəxslərin qoruyucu xidmətlərə ehtiyacları olmuş olarsa, səhiyyə mərkəzlərinə istiqamətləndirilirlər, yox əgər müalicə xidmətlərinə ehtiyac duyarlarsa, xəstəxanaya göndərilirlər, əks halda, onlardan istənilir ki, ev karantinində qalsınlar və sağlamlıq keşikçiləri gündəlik şəkildə onların vəziyyətini öyrənirlər.
İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri əlavə edib: Bu tədbirlərlə koronavirus pandemiyasının ilk günlərində həddən artıq olan insanların xəstəxanalara müraciəti azalıb və boş çarpayıları olmayan xəstəxanalar hazırda təqribən otuz boş çarpıya malik olduqlarını bildirirlər.
İran dövlətinin/ silahlı qüvvələrin köməyi ilə həyata keçirdiyi profilaktik və müalicə tədbirləri ilə bir zamanda, vaxtındanqabaq diaqnoz prosesi, xəstələr ilə təmasda olan şəxslərin izlənilməsi, xəstələrin karantinə salınmaları və koronaviruslu şəxslərin müalicəsi İran xalqının bütün təbəqələrinin iştirakı ilə sürətlə həyata keçirilməkdədir.
İranın səhiyyə nazirliyinin məlumatına görə, indiyədək ölkədə 20610 nəfər koronavirusa yoluxubdur ki, onlardan 7635 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.
İRANDA COVID-19-LA FƏAL MÜBARİZƏ APARILIR