ABŞ biabırçılıqla Yəməni tərk edəcək
İran Xarici İşlər Nazirliyi səud koalisiyasının ardıcıl şəkildə Yəmənə təcavüzünü pisləyib. Vurğulayıb ki, Amerika Yəməndə məğlubiyyəti təcrübə edib və biabırçılıqla bu ölkəni tərk edəcək.
İran Xarici İşlər Nazirliyi bu gün Ərəbistanın başçılığıa altında Yəmənə təcavüzün 6-cı ildönümü ərəfəsində bir bəyanat yayıb. Nazirlik bu bəyanatda bildirib: Yəmənə hərbi təcavüz elə bir halda davam edir ki, Amerika və bəzi digər ölkələr nəinki təcavüzkar qüvvələrin hərbi cinayətlərinə göz yumublar, həm də silah satışı, həmçinin himayə və kəşfiyyat dəstəkləri ilə bu cinayətlərə şərikdirlər və buna görə cavab verməlidirlər.
Bəyanatda sonra deyilir: Amerika həmçinin Yəmənin müxtəlif bölgələrində nəzərəçarpacaq hərbi iştirakını artırmaqla bu ölkədəki strategiyasını açıqladı və özünün Yəməndə hərbi təsbitinə çalışır.
Bəyanatda habelə deyilir ki, beynəlxalq təşkilatların təsdiqlərinə görə, Yəmən əhalisinin səksən faizi, yəni təqribən 25 milyon qadın və uşaq humanitar yardımlara ehtiyac duyur. Bəyanatda sonra belə qeyd olunur: Zalımcasına və qeyri-insani sanksiyalar və törədilmiş cinayətlər bais olub ki, Yəmən xalqının faciəli vəziyyəti dünya səviyyəsində əsrin ən böyük insan faciəsi kimi yad edilsin.
Səud koalisiyasının Yəmənə qarşı savaşının beşinci ili cari il martın 26-da başa çatır.
ABŞ BİABIRÇILIQLA YƏMƏNDƏN GEDƏCƏK