İnqilab Rəhbəri Müəllim gününü təbrik ediblər
İslam İnqilabının Böyük Rəhbəri Müəllim günü münasibətilə məktəblər, universitetlər və dini elmlər hövzələrindəki bütün müəllimləri təbrik edərək, müəllimlərin böyük işini amalsevər və ədalətli bir dini cəmiyyətin yaradılması məqsədilə islami və inqilabi dəyərlər yolunda uşaq və yeniyetmələrin istedadlarının çiçəkləndirilməsi üzrə təlim adlandırıblar.
Bu gün, mayın biri, ustad Morteza Motəhərrinin şəhadətinin ildönümü günü və İran İslam Respublikası təqvimində müəllim günüdür.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei bu gün bir müraciətdə bildiriblər ki, islami quruluş amalsevər və ədalətli bir dini cəmiyyətin formalaşması məqsədilə yarandı. O həzrət söyləyiblər: İslami ölkədə uşaq, yeniyetmə və gənc öyrənir ki, öz istedadı və potensial gücünü yüksək milli dəyərlər, yəni islami və inqilabi dəyərlər üçün çiçəkləndirərək, işlətsin.
İslam İnqilabının Böyük Rəhbəri sonra bildiriblər: Bu həyati təlim və onun reallaşması mexanizmi məhz müəllimlərin öhdəsinə düşən mübarək cihad və böyük işdir.
Həzrət Ayətullahuluzma Xamenei bu müraciətdə qeyd ediblər: İslam bizi faydalı elmə səsləyir. Faydalı elm bir tərəfdən, iranlı gənci öz ölkəsi və xalqının yüksəlişi və tərəqqisi üçün lazımi vasitələrlə təchiz, digər tərəfdən də ona mahiyyət bəxş edir və ona özünəinam, həmçinin mənəvi və ruhi etibar və çəki verir.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin bildiriblər: Bizim gənc nəsil, əlhəmdulillah, elə parlaq və nümunəvi meyarlar tanıyır ki, bu günün maddi dünyasında onların tayını çox az tapmaq olar. O həzrət belə qeyd ediblər: Allah-Taalanın salamı şəhidlərə, bizim təşəkkürümüz müəllimlərə və "xoş gəlmisiniz" kəlməmiz İran xalqının xoşbəxt gənc nəslinə olsun!
İNQİLAB RƏHBƏRİ MÜƏLLİM GÜNÜNÜ TƏBRİK EDİBLƏR