Tehran və Ankara ticarət sərhədlərinin yenidən açılması haqda məşvərət ediblər
https://azeri.sahartv.ir/news/İran-i361349-tehran_və_ankara_ticarət_sərhədlərinin_yenidən_açılması_haqda_məşvərət_ediblər
İranın Ticarətin İnkişafı Təşkilatının baş müdiri və Türkiyə gömrük idarəsinin baş direktoru səhiyyə protokollarına riayətlə ticarət sərhədlərinin yenidən açılması və iki ölkə arasında ticarət mallarının gediş-gəliş məhdudiyyətlərinin aradan qaldırılması barədə məşvərət ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 05, 2020 05:23 Asia/Baku
  • Tehran və Ankara ticarət sərhədlərinin yenidən açılması haqda məşvərət ediblər

İranın Ticarətin İnkişafı Təşkilatının baş müdiri və Türkiyə gömrük idarəsinin baş direktoru səhiyyə protokollarına riayətlə ticarət sərhədlərinin yenidən açılması və iki ölkə arasında ticarət mallarının gediş-gəliş məhdudiyyətlərinin aradan qaldırılması barədə məşvərət ediblər.

İranın Ticarətin İnkişafı Təşkilatının baş müdiri Həmid Zadbum Türkiyə ticarət nazirinin müavini və bu ölkənin gömrük idarəsinin baş direktoru Rıza Tuna Turaqay ilə videosöhbətdə ticarət yüklərinin sağlamlığının təmin ediməsi sahəsində İranın gördüyü tədbirlərə işarə edib və Türkiyə ticarət nazirinin müavinindən istəyibdir ki, səhiyyə protokollarına riayət edilməklə iki ölkə arasındakı ticarət sərhədləri yenidən açılsın.

Zadbum ümidvarlıq edibdir ki, Türkiyə yolu ilə İrandan Avropaya tranzit yolu tez bir zamanda yenidən açılacaq.

Türkiyə gömrük idarəsinin baş direktoru da iki ölkə əlaqələrinin önəmini vurğulayıb. Deyib ki, Türkiyənin ticarət nazirliyi İran ilə Türkiyə arasındakı ticarət sərhədlərinin fəaliyyətlərinin tez bir zamanda bərpa edilməsinə çalışacaq.

İki tərəf həmçinin koronaviruslu şəraitdə iki ölkə arasında ticarət mallarının dəmiryolu vasitəsilə gediş-gəlişindən razılıq edib. Onlar həmçinin bu cür gediş-gəlişin artırılmasını vurğulayıb və dəmiryolu nəqliyyatının uzaq perspektivdə sürətləndirilməsini istəyiblər.