May 07, 2020 08:48 Asia/Baku
  • İranın qərbi və şimal-qərbində iki terror dəstəsi məhv edilib

İran İslam Respublikasının təhlükəsizlik qüvvələri ölkənin qərbi və şimal-qərbində iki terror dəstəsini aşkar və məhv ediblər.

İran İslam Respublikasının təhlükəsizlik qüvvələri İranın qərbi və şimal-qərbində təcavüz və terror hərəkətləri törətmək məqsədilə qonşu ölkədən İrana daxil və separatçı qruplaşmalardan asılı olan iki terror dəstəsini aşkar və məhv ediblər.

Aparılmış təsirli kəşfiyyat əməliyyatı gedişində 16 terrorçu həbs olunub. Bu zaman onların üstündən 2 ədəd Kalaşnikov avtomatı, bir ədəd tapança, iki ədəd hərbi qumbara, 7 ədəd maqazin və 240 ədəd fişəng, həmçinin partlayış təchizatları tutulubdur.

Mürtəce ərəb ölkələrindən biri tərəfindən dəstək alan bu terror qruplaşmasının başçısı Avropada yaşayır.

Həbs olunmuş bəzi terrorçular İranın qərbində istehsalçılardan və iş adamlarından bacın tələb edilməsində, həmçinin günahsız şəxslərin terror və şəhid edilmələrində rola malik olublar.

İRANIN QƏRBİ VƏ ŞİMAL-QƏRBİNDƏ 2 TERROR DƏSTƏSİ MƏHV EDİLİB

Teqlər