May 08, 2020 10:44 Asia/Baku
  • İran, İraq parlamentinin addımını alqışlayıb

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi İraq parlamentinin Mustəfa Əlkaziminin təklif etdiyi namizədlərin əksəriyyətinə etimad səsi verməsi və bu ölkə xalqına xidmət məqsədilə əhatəli bir hökumətin təşkilini təbrik edib.

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hoseyn Əmirəbdollahiyan tvitter-dəki şəxsi səhifəsində İraq parlamentinin bu ölkənin baş nazirinin təklif etdiyi namizədlərin əksəriyyətinə etimad səsi verməsinə toxunub; İraqın sabitliyi və təhlükəsilziyini İranın və regionun təhlükəsizliyi adlandırıb. Qeyd edib ki, şübhəsiz, iki ölkənin möhkəm addımları strateji münasibətləri daha da möhkəmləndirəcəkdir.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də bundan öncə bir tvitter mesajında İraqda yeni hökumətin təşkili münasibətilə baş nazir Mustəfa Əlkazimini, onun nazirlər kabinetini, İraqın parlamenti və xalqını təbrik etmiş və vurğulamışdı ki, İran İslam Respublikası həmişə İraqın xalqı və hökumətinin yanındadır.

İran İslam Respublikasının Bağdaddakı səfiri İrəc Məscedi də İraq parlamentinin Mustəfa Əlkaziminin təklif etdiyi namizədlərin əksəriyyətinə etimad səsi verməsini təbrik edib, yeni hökumətə İraq xalqına xidmət yolunda uğurlar diləyibdir.

İraq parlamenti dünən səhər Mustəfa Əlkaziminin nazirlər kabinetinin bir hissəsinə etimad səsi verib.

İclasda iştirak edən deputatlar Əlkaziminin təklif etdiyi 22 nazirdən 15-nə etimad səsi veriblər. Onlar təklif olunmuş beş nazir ilə razılaşmaqdan çəkiniblər.

iclasda həmçinin neft və xarici işlər nazirləri barədə qərarçıxarma, təklif edilən nazirlər üstündə ixtilafların olmasına görə, başqa bir zamana saxlanıbdır.

İRAN İRAQ PARLAMENTİNİN ADDIMINI ALQIŞLAYIB

Teqlər