May 10, 2020 10:45 Asia/Baku
  • Yəmən Ensarullah sözçüsü İran xarici işlər nazirinin müavini ilə danışıb

Xarici İşlər Nazirinin müavini Əli Əsgər Hacı ilə Yəmən Ənsarullah hərəkatının sözçüsü Abdullah Abdusselam arasındakı video konfransı zamanı tərəflər Yəməndəki ədalətli siyasi razılaşma və Yəmən böhranından çıxış yolları haqqında fikir mübadiləsi apardılar.

SəhərAzəri Xarici İşlər Nazirliyinin verdiyi açıqlamasına istinadən xəbər verir, İranın Yəmənlə bağlı danışıqlarının davamında Xarici İşlər nazirinin Siyasi işlər üzrə müavini olan Hacı, Yəmən Ensarullah Hərəkatının sözçüsü Abdusselam ilə video konfrans vasitəsi ilə görüşərək Yəməndəki son hadisələri müzakirə etdi.

Abdusselam, Yəmən xalqına verdiyi siyasi və mənəvi dəstəyə və humanitar yardıma görə İrana təşəkkür etdi və Yəmən hökumətinin ədalətli siyasi razılaşmaya hazır olduğunu vurğuladı.

Abdusselam, Yəməndəki son durumu və siyasi hadisələri də İran tərəfinə təhvil verdi. İran Xarici İşlər Nazirinin müavini Hacı, bu açıqlamasında Yəmən böhranından çıxış yolu müharibəni dayandırmaq, hava, dəniz və quru mühasirəsinə son qoymaq və Yəmən-Yəmən danışıqlarını davam etdirmək olduğunu söylədi.

Teqlər