May 16, 2020 12:19 Asia/Baku
  • Üç aylıq qarantin rejimindən sonra İranda məktəblər açılıb

Təqribən üç aylıq bir fasilədən sonra bu gündən İranda məktəblərdə tədris bərpa olunub.

SəharAzəri-in verdiyi  məlumata görə, bu barədə İran İslam Respublikasının Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, məktəblərdə tədris bir ay müddətinə davam edəcək. XII sinif şagirdləri isə may ayının 30-dək dərslərdə iştirak edə bilərlər.

Bildirilib ki, şagirdlərin tədris prosesində iştirakı sərbəstdir.  

Qeyd olunub ki, tədris prosesində müəllim və şagirdlər tibbi maska taxmalı, sosial məsafəni gözləməlidirlər.

 

Teqlər