May 31, 2020 17:49 Asia/Baku
  • İranda 119 min koronavirus xəstəsi sağalıb

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi elan edib ki, indiyə kimi ölkədə 118 min 848 koronavirus xəstəsi sağalaraq, evə buraxılıb.

SaharAzeri Bazar günü jurnalistlərə koronavirus xəstələrinin son statistikası haqda məlumat verən Kianuş Cahanpur, son sutkada daha 2 min 516 nəfərdə koronavirusun aşkarlandığını vurğulayıb.

Rəsminin sözlərinə görə, yeni yoluxanlardan 511-i xəstəxanaya yerləşdirilib, 2 min 5 xəstəyə isə ambulator xidmət göstərilib. Beləliklə İranda COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı151 min 466 nəfər təşkil edib.

İranın Səhiyyə Nazirliyinin İctimai əlaqələr şöbəsinin müdiri, son 24 saat ərzində koronavirusdan 63 nəfərin öldüyünü bildirib və İranda koronavirus qurbanlarının sayının 7 min 797 nəfərə çatdığını qeyd edib.

Teqlər

Şərhlər