İyun 01, 2020 21:52 Asia/Baku
  • Zərif: “Boyuna dizlə basmaq” texnikası yetərsizdir

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın ABŞ-ın maksimum təzyiq siyasətinin uğursuzluğuna işarə edərək vurğulayıb:”dizlə boyuna basmaq” texnikası 2 il əvvəl 80 milyon iranlıya qarşı istifadə olundu, amma bu siyasət bizi dizə çökdürə bilmədi, afroamerikalıları da məğlub edə bilməyəcək.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif bazarertəsi axşamı ABŞ-ın bir çox şəhərində əhalinin zülmkarlığa etirazının polis tərəfindən vəhşicəsinə yatırdılma əməliyyatı ilə eyni zamanda və Amerika rəsmilərinjn maksimum təzyiq siyasətinin uğursuzluğuna işarə ilə tvitterdə yazıb: :”dizlə boyuna basmaq” texnikası yeni bir siyasət deyil; yalan, fırıldaq və oğurluğa adət etdiyini etiraf edən zümrə son 2 il ərzində həmin texnikanı 80 milyon İranlıya qarşı da tətbiq etdi və ona “maksimum təzyiq” Adını verdi.
O təkidlə bildirib ki; “Həmin siyasət bizi dizə çökdürə bilmədi, afroamerikalıları da məğlub edə bilməyəcək.”

Image Caption

 

Teqlər

Şərhlər