V. Talıbov İİR İŞM sədri seçilməsi münasibətilə M. Qalibafı təbrik edib
İyun 04, 2020 18:56 Asia/Baku
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri bir müraciətdə Mohəmməd Baqer Qalibafı İran İslam Şurası Məclisinin sədri seçilməsi münasibətilə tərbik edib.
SaharAzeri xəbər verir,Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov bu gün İran İslam Şurası Məclisinin sədri Mohəmməd Baqer Qalibafa müraciətdə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının inkişafda olan əlaqələrinə işarə edib. Bildirib ki, bu münasibətlərin daha da möhkəmlənməsi hər iki xalqın xeyrinədir.
Talıbov hazırda həmçinin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında parlament dostluğu qrupunun həmsədridir.