Ruhani: "ABŞ İrana qarşı silah embarqosunun ləğv edilməsindən hiddətləndiyi üçün fitnə ardıncadır"
İran İslam Respublikası prezidenti Həsən Ruhani Tehrana qarşı silah embarqosunun 2020-ci ilin oktyabr ayında ləğv olunacağına işarə edərək, ABŞ-ın bundan hiddətləndiyini və fitnə ardınca olduğunu söyləyib.
SaharAzeri xəbər verir,bu gün nazirlər kabinetinin iclasında çıxış edən, İran İslam Respublikası prezidenti Həsən Ruhani BMT TŞ-nın daimi üzvlərinin ABŞ fitnələri qarşısında dayanmalı olduqlarını vurğulayıb. O, xatırladıb ki, rəsmi Tehran TŞ-nın üzvlərindən region və dünyanın Əhatəli Müştərək Təşəbbüs Proqramında nəzərdə tutuduğu beynəlxalq maraqlar və stabillik üçün ABŞ qarşısında dayanmağa çağırır.
ABŞ-ın İrana qarşı fitnələrinin iflasa uğradığına işarə edən H.Ruhani qeyd edib: "Amerikalılar biməli və başa düməlidirlər ki, əgər ABŞ BMT TŞ-nın 2231 saylı qətnaməsinin əksinə olaraq, Tehran əleyhinə qətnamə tərtib edib MBT TŞ-a aparmaq niyyətində olarsa, İran İslam Respublikası özünün müdafiə qabiliyyətini istənilən vəziyyətdə artıracaq".
"İran İslam Respublikası çətin sanksiya şəraitində ən yaxşı Hava Hücumundan Müdafiə sistemlərini hazırlayıb və həmin yerli sistemlərin köməyilə ABŞ-ın təcavüzkar PUA-nı hədəfə aldı", - deyə əlavə edib.
Ruhani eyni zamanda, İran xalqının koronavirusla və qeyri-qanuni sanksiyalarla mübarizədə dözümlülüyün tarixə düşəcəyini qeyd edərək, İran xalqının milli birlik və həmrəyliklə ABŞ-ı məğlub edəcəyini vurğulayıb.