Amerika BMT TŞ-ni təsirdən salıb
İranın BMT-dəki daimi nümayəndəsi Fələstinin işğal olunmuş ərazilərindən bəzi hissələrin Qüdsü işğal etmiş rejimə qatılmasını beynəlxalq qanunlara zidd və qəbuledilməz adlandırıb.
SəhərAzəri xəbər verir, Məcid Təxte Rəvançi qeyd edib ki, Amerika ardıcıl surətdə sionist rejimi himayə edərək, Təhlükəsizlik Şurasını bu cinayətə nisbətən faydasız edibdir.
O, çərşənbə günü BMT Təhlükəsizlik Şurasının Fələstin mövzulu iclasında sonra belə deyib: Fələsitinin işğalının Qərbi Asiya böhranının əsas səbəbi olduğu bir halda, sionist rejim Fələstinin işğal olunmuş ərazilərindən müəyyən hissələrin ilhaq edilməsi planını icra etməklə öz cinayətləri və repressiyalarının yeni etapını açacaqdır.
Təxte Rəvançi söyləyib: Belə bir ekspansianist siyasət Qərbi Asiyanın ağır durumunu daha da mürəkkəbləşdirəcək ki, bu da regional və beynəlxalq sülh və təhlükəsizliyə geniş təsirlər göstərəcəkdir.
İranın BMT-dəki daimi nümayəndəsi deyib: Amerikanın sionist rejimi himayə etməsi bu rejimi tam toxunulmazlıqla daha artıq vəhşilik və cinayətlər törətməyə sövq etdiribdir ki, onun nümunələri sionist qəsəbələrin salınması və genişləndirilməsinin davam etdirilməsi, Qəzzə zolağının daimi qeyri-insani mühasirəsi, həmçinin Suriya və Livanın suverenliklərinin ardıcıl şəkildə pozulmasıdır. Bütün bunlar beynəlxalq qanunlar və BMT nizamnaməsi ilə təzad təşkil edir.
Təxte Rəvançi sonra deyib: BMT fələstinlilərin öz müqəddəratlarını təyinetmə və Qüdsi-Şərif paytaxt olmaqla müstəqil Fələstin ölkəsinin yaradılmasının həyata keçirilməsi sahəsindəki məsuliyyətlərini yerinə yetirməlidir.