İyun 26, 2020 00:12 Asia/Baku
  • Xinhua: “Yerli qırıcının istehsalı İranın müdafiə gücünün göstəricisidir”

Çinin rəsmi xəbər agentliyi “Xinhua” iyunun 25-də bir reportajda İran hərbi sənayesinin istehsalı olan “Kövsər” adlı qırıcı təyyarənin Silahlı Qüvvələrin arsenalına verilməsinə toxunub və onu İranın müdafiə gücünün göstəricisi kimi dəyərləndirib.

SəhərAzəri-nin İRNA-ya istinadla məlumatına görə, Xinhua dünənki reportajında dərc edib ki, İran rəsmilərinin fikrincə, qırıcı təyyarənin istehsalında inkişaf etmək, sanksiyaların İranı dayandıracağını düşünən Tehran düşmənlərinə güclü bir mesaj ola bilər.

Sanksiyalar dövründə İranın daha da gücləndiyini qeyd edən məlumatda əlavə olunur: “İranın Müdafiə Nazirliyi bunu böyük nailiyyət hesab edir və Kövsər qırıcısının kostruksiyası və Ordu Qüvvələrinə təhvil verilməsini  vacib bir addım və ABŞ başda olmaqla sanksiya tətbiq etməklə İranı İnkişaf yolundan dayandırmaq istəyən düşmənlərə bir mesaj kimi dəyərləndirir.

Xinhua İranın Müdafiə Nazirliyinin bu nailiyyətlərə diqqət yetirdiyini və bu qırıcıdan əlavə yaxın gələcəkdə Hava Qüvvələri tərəfindən yeni təchizatların istehsalından da xəbər verdiyini yazıb.

Çinin Xəbər Agentliyinin məlumatına görə, İran quru əməliyyatlarda logistika sahəsində istifadə edəcəyi bu dördüncü nəsl qırıcının kütləvi istehsal xəttini 2018-ci ildə istifadəyə verib. Məlumata görə bu qırıcılar silah və digər texnikalarla təchiz oluna bilirlər.

 

Teqlər