İyun 30, 2020 12:42 Asia/Baku
  • Milyardlıq müttəhim İrana qaytarılıb

İranın Hüquq-Mühafizə Qüvvələrinin polis rəisinin müavini deyib ki, dünən gecə məhkəmə və beynəlxalq polis bölmələrinin həmkarlığı ilə dörd il bundan öncədən təqib olunan korrupsionerlərdən biri Fars Körfəzi ətrafındakı ölkələrdən birindən ölkəyə geri qaytarılıb.

SəhərAzəri xəbər verir ki, bu barədə general pasdar Moctəbayi məlumat verib. O, bu iş barədə daha artıq detallar təqdim edərək deyib: Son izləmələrə uyğun olaraq, müttəhim Fars Körfəzi ətrafındakı ölkələrdən birində gizlənmişdi. Bu şəxsin bir dövlət şirkətilə bağlı əmanətə xəyanət və dələduzluq miqdarı 120 milyon dirhəm, başqa sözlə, 600 milyard tümən idi. O, bu pullarla digər ölkələrdə tikinti işləri və bir növ pulyuma ilə məşğul olubdur.

İranın Hüquq-Mühafizə Qüvvələrinin polis rəisinin müavini məsələyə belə aydınlıq gətirib: Bu müttəhimin valyuta dəyişmə məntəqəsi olub. O, bir dövlət şirkəti üçün müəyyən işlər görməli idi. Amma yolun davamında xəyanətə edib, pulları öz şəxsi hesabına köçürərək, sonda aradan çıxmışdı.

Bu yüksək rütbəli polis rəsmisi müttəhimlərin digər ölkələrdən ekstradisiyalarının mürəkkəb bir proses olmasına toxunub və belə qeyd edib: Səhəd aşırında olan cinayətkarların ekstradisiyası ölkə daxilində cinayətkarlar və müttəhimlərin həbs olunmalarından tamamilə fərqlənir və güclü polis diplomatiyası və bölmələrarası koordinasiya tələb edir.

İranın Hüquq-Mühafizə Qüvvələrinin polis rəisinin müavini daha sonra belə qeyd edib: Hər halda, bu şəxs, ilin əvvəlindən bəri bu polisin və əlbəttə, məhkəmə aparatının koordinasiyası ilə ölkəyə qaytarılan 15-ci müttəhimdir və deməliyəm ki, ilin əvvəlindən bəri müttəhimlərin ekstradisiyası ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faizlik artıma malik olubdur.

 

 

Teqlər

Şərhlər