ABŞ İrana hərbi müdaxiləni gündəmdə saxlayırsa... - Musəvi
İyul 03, 2020 08:38 Asia/Baku
İranın hərbi sənayesi tamamən müdafiə məqsədlidir.
SaharAzeri Axar.az-a istinadla xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib.
“Region üçün əsl təhlükə buranı hərbi bazalara çevirən, inkişafına mane olan, öz hərbi məhsullarını sata bilmək üçün qorxu mühiti yaradan ABŞ-ın dağıdıcı varlığıdır”, - deyə Musəvi bildirib.
Sözçü əlavə edib ki, Vaşinqton İrana qarşı hərbi müdaxiləni gündəmdə saxladıqca Tehranın buna qarşı silah yaratması suveren haqqıdır.