İranda 212 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
İyul 09, 2020 17:02 Asia/Baku
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 212 min nəfərdən çox COVID-19 xəstəsinin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 79 yeni koronavirus xəstəsi aşkar edilib. 995 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
Lari bildirib ki, İranda koronavirus xəstələrinin ümumi sayı 250 min 458 nəfərə çatıb. O, həmçinin ötən sutka ərzində 221 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on iki min 305 nəfərə çatıbdır.