İyul 09, 2020 18:06 Asia/Baku
  • İranda iri sənaye layihələrinin açılışı, sanksiyaların uğursuz qalmalarının nişanəsidir

İran prezidenti ölkədə altı iri sənaye və mədən layihəsinin açılışı mərasimində deyib ki, bu layihələrin bir günün içində istifadəyə verilməsi, sanksiyaların və İslam Respublikasının inkişafı yolunda bəzi maneçilik törətmələrin uğursuz qalmalarından söz açır.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Sistan və Bəluçestan, Fars və İsfahan vilayətlərində altı iri sənaye və mədən layihəsini video-konfrans vasitəsilə eyni vaxtda istifadəyə verib.

Ruhani bu mərasimdə iranlı ixracatçıları Amerikanın iqtisadi terrorizmi ilə mübarizənin ön cəbhəsinin əsgər və sərkərdələri adlandırıb və belə söyləyib: Amerika başda olmaqla düşmənlər çalışırlar ki, İranı lazım olan valyutanı əldə etməkdə problemlə üzləşdirsinlər, amma Amerikanın bu fitnəsi daxili istehsalçıların istehsal və ixracat sahələrində fəal olmaları ilə nakam qalacaqdır.

Bu gün rəsmən açılan altı layihə sayəsində birbaşa şəkildə 1204 nəfər üçün iş yeri yaranıbdır.

 

Teqlər