İyul 13, 2020 16:03 Asia/Baku
  • İranlı deputat koronavirusdan dünyasını dəyişib

11-ci çağırış İran İslam Şurası Məclisinin deputatı koronavirus xəstəliyindən vəfat edib.

SəhərAzəri xəbər verir ki, bir neçə gün əvvəl koronavirus infeksiyasına yoluxduğu üçün Tehran xəstəxanalarının birində reanimasiya şöbəsində müalicə alan, İran parlamentində Həmədan vilayətinin  "Bahar və Kəbudərahəng" seçki dayrəsini təmsil edən İsa Cəfəri bu gün dünyasını dəyişib.

Bundan əvvəh Tehran xalqının təmsilçisi Fatimə Rəhbər və Gilan vilayətinin Astaneyi Əşfəriyyə seçki dairəsinin təmsilçisi Məhəmməd Əli Ramazani də koronavirus xəstəliyindən həyatlarını itiriblər.

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyindən verilən məlumata görə, hazırkı dövrədək İranda 260 min nəfər koronavirusa yoluxublar, onlardan 222 mindən çoxu sağalaraq, xəstəxanalardan evə buraxılıb, 13 min nəfər isə bu virusun qurbanı olub.

Teqlər

Şərhlər