Fars Körfəzi Əməkdaşlıq Şurasının İrana qarşı iddiasına cavab
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi, Fars Körfəzi Əməkdaşlıq Şurasının İrana qarşı iddiasına cavab verib.
SəhərAzəri xəbər verir, Musəvi deyib: “İran İslam Respublikasına qarşı əsassız ittihamlar səsləndirmək əvəzinə, yeni baş katibə tövsiyə edirəm ki, Şuranın bəzi üzvlərinin təxribat mahiyyətli oyunlarına və cinayətkar koalisiya qüvvələrinin yəmənli qadınlara və uşaqlara qarşı hücumlarının dayandırması və böhranın Yəmənli tərəflər arasında danışıq yolu ilə həlli istiqamətində çalışsın”
Fars Körfəzi Əməkdaşlıq Şurasının Yəmənlə bağlı münasibətini tənqid edən Musəvi deyib: “Şuranın bəzi üzvləri, Ərəb və müsəlman xalqlarının tələblərini qulaqardına vuraraq, İslam dünyasının əsas mövzularına və ABŞ və Sionist rejimin Fələstin xalqına etdiyi təcavüzlərə qarşı səssiz qalır və Yəmən xalqını mühasirəyə almağa davam edir. Eyni zamanda koronavirus epidemiyası ilə qarşılaşmaq üçün göndərilən ərzaq, yanacaq və tibbi dərmanların əldə edilməsinə mane olurlar.”
Musəvi, Yəmənin istefa vermiş prezidenti Abdurabbu Mansur Hadi və Səudiyyə rejimini BMT atəşkəs razılaşmasını pozmaqda günahlandıraraq deyib: “Bu, onların ikiüzlülüyünü göstərir. Atəşkəsi pozaraq Yəməni bombaladılar və BMT-nin sülh planını da rədd etdilər. Hərbi həll yolunda israr etməyə davam edirlər. Bundan əlavə, dünyanı təcavüzlərindən yayındırmaq üçün başqalarını günahlandırmağa çalışırlar.”
Qeyd edək ki, Fars Körfəzi Əməkdaşlıq Şurasının yeni baş katibi, İran İslam Respublikasının blokada altında olan Yəmənə silah göndərdiyini iddia edib.