İyul 16, 2020 20:45 Asia/Baku
  • Ruhani ABŞ-ın təkvektorluluğu ilə mübarizənin vacibliyini vurğulayıb

İran prezidenti Rusiya prezidenti ilə telefon söhbətində Tehran-Moskva əlaqələrinin bütün sahələrdə inkişafını vurğulayıb.

SəhərAzəri xəbər verir, Həsən Ruhani Vladimir Putinlə telefon söhbətində imza atmış tərəflər üçün beynəlxalq bir öhdəlik olan nüvə anlaşmasının tam şəkildə icrası və qorunmasının önəmini vurğulayıb. O, Amerikanın İrana qarşı silah sanksiyalarının başa çatması ilə mübarizə üzrə son addım və səyləri, eləcə də təkvektorluluğu ilə mübarizəni zəruri adlandırıb.

İran prezidenti Suriyada sülh, sabitlik və asayişin bərqərarı hədəfilə İran, Rusiya və Türkiyənin dövlət başçılarının virtual iclasının keçirilməsinə işarə ilə Astana prosesinə daxil olan üç ölkənin bu hədəfin reallaşması üzrə əməkdaşlıqlarının davam etməsi zərurətinə təkid edib.

Rusiya prezidenti də bu telefon söhbətində ölkəsinin nüvə anlaşması barədəki mövqeyini şərh edib. Deyib ki, ötən beş ildə olduğu kimi, bu beynəlxalq sənədi himayə və onun icrası və qorunmasına israr edir.

Vladimir Putin bu telefon söhbətində Rusiyanın İranın beynəlxalq təşkilatlardakı mövqeyinə verdiyi dəstəyin davam etdiyini vurğulayıb.

Teqlər

Şərhlər