İran xarici işlər nazirinin İraq səfəri
İran İslam Respublikasının xarici işlər naziri bu gün ikitərəfli münasibətləri gücləndirmək və son region, dünya və İraq olay və durumunu araşdırmaq məqsədil Bağdada səfər edib.
SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif bu gün günortaçağı İraqın baş naziri Mustafa Əlkazimi ilə görüşüb. Zərif bu görüşdən sonra iraqlı həmkarı Fuad Hüseyn ilə birgə mətbuat konfransında iştirak edib.
İranın xarici işlər naziri bu mətbuat konfransında vurğulayıb: Daima terror qruplarının təhlükəsizlik təhdidlərilə bağlı sayıq olmalıyıq.
O, həmçinin İraqı İranın iqtisadi prioritetlərindən biri adlandırıb və belə deyib: Koronavirusun olmasına rəğmən, iki ölkənin həm energetika, həm də ticarət sahəsindəki iqtisadi imkanlarından iki xalqın irəliləyişi üçün istifadə etmək olar. Biz bu səmimi əlaqələrin davam etdirilməsində əzmkarıq.
İranın xarici işlər naziri bu gün həmçinin İraqın prezidenti Bərhəm Saleh ilə görüşüb. Sonra isə İraq parlamentində ən böyük və Əlhəşduşşəbi-yə yaxın olan fraksiya- Əlfəth qrupunun sədri Hadi Əlamiri ilə görüş keçirib.
Əlamiri bu görüşdə İranın, xüsusən general şəhid Qasem Soleymaninin İraqın terrorizmə qalib gəlməsindəki rolunu yüksək dəyərləndirib. O, deyib: İraqın İŞİD üzərindəki qələbəsinin amillərindən biri, İranın himayələri olubdur.
Əlfəth qrupunun lideri sonra belə qeyd edib: Biz inanırıq ki, İraq haqq-hesab çürütmək, həmçinin İran xüsusiyyət təşkil etməklə region ölkələrinə təcavüz bazası olmamalıdır və bu məsələni açıq şəkildə amerikalılara demişik.
İranın xarici işlər naziri bu gün İraqın Kürdüstan iqliminə də səfər edəcək.
General Qasem Soleymaninin Amerika tərəfindən terror edilməsinin hüquqi cəhətdən izlənilməsi, koronavirus pandemiyasından sonra ikitərəfli iqtsadi-siyasi əlaqələrin gücləndirilməsi İranın xarici işlər nazirinin İraqa səfərinin ən mühüm hədəflərindəndir.