İranın kənd təsərrüfatı məhsullarının həcmi 130 milyon tona çatıb
İran İslam Respublikası prezidenti bir neçə kənd təsərrüfatı layihələrinin istifadəyə verilməsi mərasimində deyib: İranın kənd təsərrüfatı məhsullarının həcmi 130 milyon tonadək artırılacaq".
SəhərAzəri xəbər verir, Həsən Ruhani bir sıra layihə və istixana qəsəbələrinin açılışından sonra Kənd Təsərrüfatı Nazirliyinin bir neçə vilayətdəki layihələrinin videokonfrans formatında istifadəyə verilməsi mərasimində qeyd edib ki, xalqın yaşayış və sağlamlığı fermerlərin səylərindən asılıdır.
Ruhani əlavə edib: "Suvarma və əkin üsullarını ənənəvi formadan sənayeləşdirilmiş formaya çevriməliyik"
Həsən Ruhaninin qeyd edib ki, dəmyə əkinçiliyinə uyğun bitkilərin becərilməsini artırmalıyıq və ölkənin yağ kimi məhsullara olan tələbatını ödəmək üçün bəzi bölgələrdə suvarmaya ehtiyacı olmayan və ya az suya ehtiyacı olan zeytun və qoz kimi məhsullar yetişdirməliyik.
Prezident xatırladıb ki, sudan səmərəli istifadə və məhsuldarlığı artırmaq ashəsində böyük işlər görülüb, təsərrüfa sahələri artmayıb, Lakin suvarma və əkinşilik metodları dəyişdirilib.