İİR XİN 2 düşmən qırıcının İranın sərnişin təyyarəsi üçün problem yaratmasına reaksiya verib
İran Xarici İşlər Nazirliyinin sözçüsü bu gün səhər tezdən iki düşmən qırıcının Suriya səmasında İranın sərnişin təyyarəsi üçün problem yaratmasına reaksiyada deyib ki, hadisənin detalları araşdırılır və məlumatların təkmilləşməsindən sonra lazımi siyasi-hüquqi addımlar atılacaq.
SəhərAzəri xəbər verir, Seyyid Abbas Musəvi sonra deyib: Eyni zamanda, İranın BMT-dəki daimi nümayəndəsi Məcid Təxte Rəvançi bu təşkilatın baş katibi Antonio Quterreş ilə əlaqə saxlayaraq, açıq şəkildə vurğulayıbdır ki, qayıdış istiqamətində bu təyyarənin başına hər bir hadisə gələrsə, İran İslam Respublikası Amerikanı onda məsul tərəf kimi tanıyacaqdır.
Bu mesaj həmçinin İsveçrənin Tehradakı səfirinə də verilibdir.
İnformasiya mənbələri dünən gecə iki düşmən qırıcının Suriya səmasında İranın sərnişin təyyarəsi üçün problem yaratmasından xəbər veriblər.
Bu mənbələr bildiriblər ki, iki düşmən qırıcı Suriya səmasında İranın Mahan şirkətinin sərnişn təyyarəsinə yaxınlaşaraq, bu təyyarə üçün problem yaradıb.
Həmin qırıcıların bu təhlükəli hərəkətindən sonra İranın sərnişin təyyarəsinin pilotu bu iki qırıcı ilə toqquşmaqdan çəkinmək üçün uçuş səviyyəsini sürətlə azaldıbdır ki, bu məsələ də sərnişinlərdən bir neçə nəfərin zərər çəkməsinə səbəb olubdur.
Bu düşmən qırıcıları sərnişi təyyarəsinin yüz metrliyinədək yaxınlaşmışdılar.
Bu qırıcıların mahiyyəti hələ tam şəkildə aydınlaşmayıbdır. Bəzi mənbələr qırıcıların Amerikaya, bəziləri isə sionist rejimə məxsus olduğunu bildirirlər.
İran təyyarəsi pilotunun bildirdiyinə əsasən, Suriya səmasında bu təyyarəni hədələyən iki qırıcı amerikan təyyarəsi olubdur.
Eyni zamanda, həmin uçuşda iştirak edən İranın TeleRadio Təşkilatı müxbirinin dediyinə görə, qırıcılar sionist rejim mahiyyətli olubdur.
İnformasiya mənbələri bildiriblər ki, düşmən qırıcılar qəsdən İranın sərnişin təyyarəsinin arxasında gizlənərək, Suriyanın raket müdafiə sistemini bu sərnişin təyyarəsini vurmağa məcbur etmək niyyətində olublar.
Bu məlumata görə, İranın sərnişin təyyarəsi Beyrut hava limanında təhlükəsizlik şəkildə eniş edibdir.