İyul 25, 2020 06:24 Asia/Baku
  • Musəvi:

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi ABŞ qırıcılarının Mahan sərnişin təyyarəsinə hücum etməsi fonunda deyib: "İran İslam Respublikası iranlılara qarşı heç bir düşmənçilik hərəkətini cavabsız qoymayacaq və zamanında istənilən ağılsız hərəkətə adekvat və qətiyyətli cavab verəcək".

SəhərAzəri xəbər verir, Amerikanın iki ədəd qırıcı təyyarəsi Suriya səmasında İranın sərnişin təyyarəsinə qarşı təxribat törədiblər ki, bir neçə sərnişinin xəsarət alması ilə nəticələnib.

 İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi cümə günü etdiyi çıxışında bu hərəkəti qınayıb və onu beynəlxalq aviasiya qanununun pozulması və sülh və təhlükəsizlik üçün təhdid kimi xarakterizə edib.

Musəvi deyib: "Hek kəs ABŞ-ın hərbi qırıcılarına sərnişin təyyarələrini yoxlamaq icazəsi verməyib və bu hərəkət həm qeyri-qanuni, həm təhlükəli həm də günahsız insanların həyatı ilə oynamaq deməkdir, xüsusilə də iddiaların əksinə olaraq, təhlükəsiz məsafəyə əsla riayət edilməyib".

İranın Xarici İşlər Nazirliyinin sözçüsü, həmçinin ABŞ-ın bu hərəkətinin İran tərəfindən beynəlxalq hüquqi dairələrdə gündəmdə saxlanılacağına toxunub və deyib: "İran ABŞ-a quldurluqla beynəlxalq hüquq normalarını istehza etmək icazəsi verməyəcək".

 

 

Teqlər