İyul 27, 2020 06:12 Asia/Baku
  • Vaezi Tehran-Bakı münasibətlərinin daha da möhkəmləndirilməsi zərurətini vurğulayıb

ran İslam Respublikasının Prezident Administrasiyasının başçısı dünən gecə Azərbaycan Respublikası prezidentinin xarici siyasət üzrə müşaviri Hikmət Hacıyev ilə telefon söhbətində iki ölkə əlaqələri və əməkdaşlıqlarının müxtəlif sahələrdə genişlənməkdə olduğunu bildirərək, bunu müsbət dəyərləndirib. O, iki ölkə münasibətlərinin daha da genişləndirilməsi və möhkəmləndrilməsi istiqamətində səyin göstərilməsi vacibliyini vurğulayıb.

SəhərAzəri xəbər verir, Mahmud Vaezi bu telefon danışığında İran-Azərbaycan Respublikası həmkarlıqlarını region ölkələri arasında konstruktiv münasibətlər üçün müsbət bir nümunə adlandırıb və belə deyib: İran İslam Respublikası daim dost və qonşu ölkə kimi Azərbaycan Respublikasının xalqı və hökumətinin kənarında durub və bu ölkə ilə əlaqələrin genişlənməsinə əhəmiyyət verir.

Vaezi həmçinin bildirib ki, ölkələrin suverenlikləri və ərazi bütövlüklərinin qorunmasına dəstək, problem və münaqişələrdə İran İslam Respublikasının rəsmi mövqeyidir. O, deyib ki, bölgədə gərginlik heç bir ökənin xeyrinə olmayıb və olmayacaqdır.

İranın Azərbaycan Respublikası xüsusiyyət təşkil etməklə bütün ölkələrin inkişafı, tərəqqisi və sabitlyini istədiyini vurğulayan Vaezi ümidvarlıq edibdir ki, bölgədə mövcud olan münaqişələr dialoq və dinc həll yolları ilə çözüləcəkdir.

Hikmək Hacıyev də bu telefon söhbətində İran və Azərbaycan Respublikası rəsmilərinin qarşılıqlı münasibətlərin hərtərəfli surətdə genişləndirilməsi və möhkəmləndirilməsi istiqamətində göstərdikləri səy və ciddi-cəhdi yüksək qiymətləndirib. Hacıyev qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün iki ölkə rəsmilərinin əlaqə və məşvərətlərinin artması üzrə səylərin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası prezidentinin xarici siyasət üzrə müşaviri həmçinin ölkələrin suverenliklərinə hörmət və beynəlxalq münaqişələr barədəki açıq-aşkar mövqelərinə görə, İrana təşəkkür edib. Bildirib ki, İran bölgədə nüfuza malik olan son dərəcə mühüm bir ölkə kimi regional məsələ və münaqişələrin həllində olduqca mühüm rol oynayır.

Teqlər