İyul 28, 2020 21:08 Asia/Baku
  •     İranda 257 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 2 min nəfər yeni koronavirus xəstəsinin aşkar edilməsi və 257 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 667 yeni koronavirus xəstəsi aşkar edilib . Onlardan min 687 nəfər xəstəxanaya yerləşdirilib, yerdə qalan xəstələrə isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 296 min 273 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 235 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 16 min 147 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyinin sözçüsü qeyd edib ki, indiyədək 257 min 19 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

 

Teqlər