Avq 06, 2020 08:50 Asia/Baku
  • İran Livanın hökuməti və xalqının kənarındadır

İranın birinci vitse-prezidenti Livanın baş naziri ilə telefon söhbətində deyib ki, İran sərt sanksiya şəraitinə rəğmən, Livanın hökuməti və xalqının kənarındadır.

SəhərAzəri xəbər verir, Eshaq Cəhangiri dünən axşam Livanın baş naziri Həsən Diab ilə telefon əlaqəsində Beyrut limanında baş vermiş partlayış ilə bağlı bu ölkənin xalqı və hökumətinə başsağlığı verib. Vurğualyıb ki, Livan möhkəm və başıuca qalmaqda davam edəcək və bu sərt imtahandan da keçmişdə olduğu kimi qalib və başıuca çıxacaqdır.

İranın Livana lazım olan yardımları göndərməyə hazır olduğunu bildirən Cəhangiri qeyd edib ki, Livanın təhlükəsizliyi və sabitliyi bütün region ölkələri üçün mühümdür və Livan hökuməti də bu hadisənin müqəssirləri ilə ciddi rəftar edəcəkdir.

İranın birinci vitse-prezidenti həmçinin hazırkı şəraitdə İrana qarşı hər cür sanksiya hərəkətini zalımcasına və insan haqlarına zidd adlandırıb.

Həsən Diab da bu telefon söhbətində Tehranın həmişəki himayələrinə, həmçinin İran rəsmilərinin Livanın hökuməti və xalqının kədəri ilə bölüşmələrinə görə təşəkkür edərək, vurğulayıb ki, Beyrut və Livan dizə çökməyəcək və bir daha ayağa qalxacaqdır.

Livanın baş naziri İranın Livanın hökuməti və xalqına olan sədaqətli yardımlarını yüksək dəyərləndirərək, bildirib ki, Beyrutun vəziyyəti böhranlıdır, amma dostların köməyilə vəziyyət hadisədən öncəki duruma qayıdacaqdır.
 

Teqlər