ABŞ-ın İrana qarşı maksimum təzyiq siyasəti fiaskoya uğrayır-TƏHLİL
ABŞ-ın İrana qarşı maksimum təzyiq siyasəti fiaskoya uğrayır-TƏHLİL
İrana qarşı maksimum təzyiq siyasətinin memarı Brayan Hukun istefası bu siyasətin fiaskoya uğradığına dəlalət edir.
Sahar Azari bildirir ki, müşahidəçilərin qənaətinə görə ABŞ prezidenti Donald Tramp ötən 4 ildə İrana qarşı sərt sanksiyalar tətbiq etsə də, bu dövləti yeni müzakirələrə vadar edə bilməyib və Birləşmiş Ştatların İran siyasətinin iflasa uğraması tamamilə göz qabağındadır.
Doğrudur, Tramp administrasiyasında dövlət rəsmilərinin istefası və ya kənarlaşdırılması adi məsələyə çevrilib, amma Hukun istefası hamıya gözlənilməz oldu. Zira bunun üçün heç bir əlamət yox idi və o, vəzifədə olduğu müddətdə İranla bağlı ən qatı mövqedə olan siyasi fiqur kimi yadda qalacaqdır. Belə bir şəraitdə onun İrana qarşı maksimum təzyiq siyasətində iflasa uğraması istefasının əsas səbəbi kimi qəbul oluna bilər. Bəlkə də Hukdan istənilib ki, hökumətdən qovulmamış özü könüllü şəkildə istefa versin.
Əslində noyabr seçkiləri ərəfəsində Trampın xarici siyasətdə o cümlədən də İran məsələsində heç bir nailiyyət qazanmaması, üstəlik İranın milli qüdrətinin gündən-günə artması Ağ Evi məyus etmişdir. Bunu hakimiyyət nümayəndələri də dilə gətirirlər. Belə olan halda təbii ki, Tramp yarıtmaz siyasətlərinə xatir məsuliyyəti öz boynundan atsın deyə kimlərisə qurbanlıq verməyə hazırdır.
Dövlət rəsmilərindən biri adının çəkilməməsi şərtilə Vaşinqton Post qəzetinə deyib ki, zaman sanki İranın xeyrinə işləyir. ABŞ iflicedici sanksiyalar tətbiq etsə də, Tehran bütün maneələri aşmağı bacarıb. Brayan Hukun yola salınması da onu göstərir ki, maksimum təzyiq strategiyası fiaskoya uğrayıb.
Yeri gəlmişkən bildirək ki, hələ ötən ilin oktyabr ayı İran İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-uzma Xamenei Sepah komandirləri qarşısında etdiyi çıxışında bunları söyləmişdi:"Amerikalılar maksimum sanksiya siyasəti məsələsində məğlub olub və iflasa uğrayıblar. Onlar düşünürdü ki, maksimum sanksiya siyasəti İranı yumşalda bilər, lakin hələ bu ana qədər Allahın lütfü ilə İran geri addım atmayıb və onlar bu addıma görə özləri problemə düşüblər."
Hər halda bir şey aydındır ki, İran xalqının sanksiyalar qarşısında müqaviməti Tramp hökumətini çıxılmaz vəziyyətə salıb. İrana qarşı düşmənçilik mövqeyi ilə ad çıxarmış Brayan Hukun istefası bu böyük nakamlığın təntənəsidir.