Avq 16, 2020 13:49 Asia/Baku
  • General Hatəmi: Sionist rejimlə mübarizə aparanlara kömək edəcəyik

"Sionistlərin ayağını regiona açan ölkələr onun şərrinə düçar olacaqlar"

Səhər Azəri bildirir ki, bu sözləri İranın müdafiə naziri general Hatəmi deyib.

Bu məlumata görə general Hatəmi vurğulayıb: Sionist rejimin zülmkarlığı ilə mübarizə aparan bütün kəslərə kömək edəcəyik.

İranın müdafiə naziri sonra deyib: Müdafiə sənayesi ölkənin təhlükəsizliyi və müdafiəsinin strateji dərinliyi və dayağıdır. Elm və texnologiya da müdafiə sənayesinə dayaqdır.

General Hatəmi sonra belə qeyd edib: Hazırda ölkənin müdafiə ehtiyaclarının doxsan faizindən çoxu daxili mütəxəssislər tərəfindən yaxşı keyfiyyətlə istehsal olunur və heç bir təhdid və sanksiya bu qabiliyyəti İran xalqından ala bilməz.

General Hatəmi sanksiyalar barədə isə belə deyib: Heç bir ölkə sanksiyanı yaxşı qarşılamır, amma məhdudiyyətlər bizə mane olmayıbdır. İran, bu gün əldə etdiklərinə sanksiyaların kulminasiya nöqtəsində nail olubdur. Fürsət yaranarsa, dünyanın imkanlarından həm texniki ehtiyacların təmini, həm də daxili məhsulların satışı sahəsində istifadə edəcəyik.

Amerikanın regiondan çıxması haqda isə İranın müdafiə naziri belə söyləyib: Təsirli addımlar atılıb; bu, bütün region xalqlarının istəyidir. BMT-nin Təhlükəsizlik Şurasında Amerikanın qətnamə layihəsinə mənfi səsin verilməsi Amerikanın fövqəlgüclük sümüklərinin sınmasının səsini hamıya eşitdirdi.

Teqlər