Avq 17, 2020 18:48 Asia/Baku
  • Zəngənə: İranın neft sənayesi durdurulamaz

İranın neft naziri ölkədə neft hasilatının artırılması və saxlanılması layihəsi üzrə müqavilənin imzalanması mərasimində deyib ki, İranın neft sənayesi durdurulası deyildir.

Səhər Azəri bildirir ki, Bijən Zəngənə neft yataqlarının inkişaf etdirilməsində İranın xariciləri gözləməyəcəyini deyib.

Zəngənə deyib: Sanksiya və onun baniləri gedəsidirlər.

İranın neft naziri həmçinin Veneuelaya benzin ixracatının davam etməsi haqda deyib ki, İran benzininin Venesuelaya ixracatı ticari bir işdir və davam edəcəkdir.

Neft sənayesində iş və məşğulluq cərəyanının qorunması məqsədilə İran Milli Neft Şirkətinin tabeliyində olan iki şirkətlə 14 iranlı şirkət arasında ölkədə neft hasilatının artırılması və saxlanılması layihəsi üzrə 13 müqavilə imzalanıb.

Bu müqavilələrin ümumi dəyəri bir milyard 527 milyon avro elan olunub və onların icra edilməsilə İranın neft hasilatı həcminə təqribən 185 min barrel əlavə olacaqdır.

Teqlər