İran meyvə şirəsi 35 ölkəyə ixrac olur
Avq 20, 2020 06:21 Asia/Baku
İran gömrüyünün sözçüsü müxtəlif meyvə şirələrindən təqribən 48 min ton məhsulun 35 ölkəyə ixrac edildiyini bildirib.
SəhərAzəri xəbər verir, Seyyed Ruhollah Lətifi qeyd edib ki, İranın meyvə şirəsi və konsentrat sənayesi ötən dörd ay ərzində 38 milyon dollardan yuxarı məbləğdə məhsul ixrac edib. O, deyib: İran şirələrinin ixracına meyvə suyu qarışıqları, bitki qarışıqları, meyvə ekstraktları, meyvə suyu əsaslı yağlar, alkoqolsuz fermentasiya, portağal, qreypfrut, üzüm suyu, alma suyu və ananas suyu da şamil olur.İran gömrüyünün sözçüsü əlavə edib: İran meyvə şirələri ixracatı Almaniya, Avstraliya, Kanada, İsveçrə, Hollandiya, Türkiyə, Pakistan, Rusiya, Norveç və Küveyt daxil olmaqla 35 ölkəyə qeydə alınıbdır.