Avq 21, 2020 22:02 Asia/Baku
  • İranda neft hasilatı davam edir

Cənubun neftlə münbit bölgələri şirkətinin icraçı müdiri birtərəfli və qanunsuz sanksiyalara, həmçinin koronavirusa rəğmən, İranda neft hasilatının davam etdiyini bildirib.

SəhərAzəri xəbər verir, Əhməd Mohəmmədi bu gün sonra bildirib ki, Cənubun neftlə münbit bölgələri şirkətinin yataqlarında hasilat gücü təqribən gündə üç milyon 500 min barreldir. O, sonra deyib: Elan olunmuş siyasətlərə əsasən, bu gücdən orta hesabla səksən faiz hasil olunur.

Cənubun neftlə münbit bölgələri şirkətinin icraçı müdiri sonra belə qeyd edib: Hazırda İranın neftayırma zavodlarına lazım olan neftin hamısı Cənubun neftlə münbit bölgələrində istehsal olunur və sanksiyalar və koronavirusdan irəli gələn bütün problemlərə baxmayaraq, bu proses bir an da olsun belə dayanmayıbdır.

Cənubun neftlə münbit bölgələri üzrə milli şirkət İranın ən iri neft və qaz şirkəti olaraq, təbii qaz və xam neft kəşfiyyatı, inkişaf etdirilməsi, hasilatı və köçürülməsi, həmçinin qaz konsendatları istehsalı sahələrində fəaliyyət göstərir.

Bu şirkət hazırda İran neftinin təqribən səksən, qazının isə on altı faizini istehsal edir.

Teqlər