AEBA-nın sualları ciddi faktlar və əsaslara söykənməlidir
AEBA-nın sualları ciddi faktlar və əsaslara söykənməlidir
İranın Atom Enerjisi Təşkilatının sözçüsü bildirib ki, MAQATE-nin sualları ciddi faktlar və əsaslara söykənməlidir.
Səhər Azəri bildirir ki, Behruz Kəmalvəndi Tehranın öz nüvə məkanlarına baxışın keçirilməsi ilə müxalif olmadığını, amma MAQATE-nin suallarının ciddi dəlil, fakt və əsaslara söykənməli olduğunu deyib.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü Əlaləm telekanalı ilə müsahibədə Tehranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə həmkarlıq etməməsinə dair iddiaya işarə və belə qeyd edib: Casusluq kimi hallara əsaslanan iddialara söykənən suallar heç bir vəchlə qəbulediləsi deyil və olmayacaqdır da. Agentlik üçün əlçatanlıq imkanının yaradılması ondan asılıdır ki, suallar və qaranlıq cəhətlər bir dəfəlik olaraq, bitmiş olsun.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi son zamanlar bir məlumat yayaraq iddia edibdir ki, İran agentliyin müfəttişlərinə iki nüvə saytından baxış keçirmək icazəsi vermir. Qeyd olunan iddia sionist rejimin casusluq məlumatlarına əsaslanır.
İranın Atom Enerjisi Təşkilatının sözçüsü həmçinin Rafael Qrossinin Tehrana səfərinə işarə ilə ümid etdiyini bildiribdir ki, bu səfər iki tərəfin narahatlığının aradan qaldırılmasına kömək edəcəkdir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru bu gün İrana səfər edəcək.