İranın mədən və sənaye sahəsində üç layihəsinin açılışı olub
İran İslam Respublikası prezidenti mədən və sənaye sahəsində üç milli layihənin videokonfrans formatında açılışını edib.
SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhaninin iştirakı ilə bu gün videokonfrans formatında keçirilən mərasimdə sənaye və mədən sahəsində Yəzd, Fars və Kürdüstan vilayətlərində üç milli layihənin açılış mərasimi olub.
İllik istehsal gücü 960 min ton olan Yəzd vilayətinin Ərdəkan polad kompleksində süngər dəmirin istehsal xəttinin istifadəyə verilməsi, Fars vilayətinin Şiraz şəhərində ildə 3 min ədəd yük maşını istehsal edən layihənin açılışı və Kürdüstan vilayətinin Qürvə şəhərində illik istehsal gücü iki ton olan qızıl külçəsinin istehsal xəttinin inkişafı fazasının istifadəyə verilməsi ölkənin milli layihələrinin açılışının 20-ci həftəsində mədən və sənaye sahəsində istifadəyə verilən üç layihədir.