Avq 27, 2020 12:38 Asia/Baku
  • İran Suriya-ya qarşı birtərəfli sanksiyaların aradan qaldırılması vacibliyini vurğulayıb

İranın xarici işlər nazirinin baş köməkçisi Astana prosesinin zəmanətçi ölkələrinin iştirakı ilə keçirilən iclasda Suriya xalqına qarşı birtərəfli və zalımcasına sanksiyaların aradan qaldırılmasına, həmçinin bu ölkə xalqına xüsusilə koronavirusla mübarizədə humanitar yardımların göstərilməsinə çağırıb.

SəhərAzəri xəbər verir, İranın xarici işlər nazirinin baş köməkçisi Əliəsğər Xaci Cenevrədə keçirilən Astana prosesinin təminatçısı olan ölkələrinin nümayəndələrinin iclasında İranın Suriya ilə bağlı mövqeyini şərh edərək, Suriyanın milli suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünə hörmətin, həmçinin regionda terrorism ilə mübarizənin vacibliyini vurğulayıb.

"Suriya böhranı Suriyadaxili dialoq və konstitusiya komitəsinin fəaliyyətinin davam etdirilməsi yolu ilə həll olunmalıdır və İran bu komitənin fəaliyyətinin davamını dəstəkləməyə hər zaman hazırdır", -deyə Xaci əlavə edib.

İranın xarici işlər nazirinin baş köməkçisi İdlibdəki razılaşmaların icrasının vacibliyini vurğulayıb və deyib: "Oğurlanmış və ya itkin düşmüş şəxslərin mübadiləsi üzrə işçi qrupunun fəaliyyətinin yenidən bərpası insani və etimad yaradan bir məsələ olaraq, çox vacibdir".

Astana prosesinin zəmanətçisi olan üç ölkə yəni İran, Rusiya və Türkiyənin nümayəndələri, həmçinin BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Gier Pedersen çərşənbə günü Cenevrədə bir araya gələrək, Suriya olayları, o cümlədən konstitusiya komitəsinin iclası, İdlib məsələsi, həmçinin oğurlanmış və ya itkin düşmüş şəxslərin mübadiləsi üzrə işçi qrupun fəaliyyəti  barədə danışıb, fikir mübadiləsi aparıblar.

Teqlər