İranda təqribən 318 min COVID-19 xəstəsi sağalıb
Avq 28, 2020 16:00 Asia/Baku
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 318 min COVID-19 xəstəsinin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər verir, Sima Sadat Lari bu gün İranda koronavirusa yoluxanların son sayı barədə bildirib ki, qəti diaqnoz meyarlarına əsasən, ötən 24 saat ərzində ölkədə COVID-19-a yoluxan iki min 115 yeni xəstə aşkar edilib; onlardan 941 nəfər xəstəxanaya yatırılıb, yerdə qalan xəstələrə isə ambulator şəkildə xidmət göstərilibdir.
İranda koronavirusa yoluxanların ümumi sayının 369 min 911 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 112 COVID-19 xəstəsi həyatını itirib və İranda bu xəstəlikdən ölənlərin ümumi sayı 21 min 249 nəfərə çatıbdır.