İran-Türkiyə birgə iqtisadi komissiyasının iclası tezliklə təşkil olunacaq
İran prezident administrasiyasının başçısı bildirib ki, İran-Türkiyə birgə iqtisadi komissiyasının iclası tezliklə təşkil olunacaq.
SəhərAzəri xəbər verir, İranın prezident administrasiyasının başçısı və İran-Türkiyə birgə iqtisadi komissiyasının iranlı həmsədri Tehranda iki ölkənin strateji əməkdaşlıqlar üzrə 6-cı iclasının keçirilməsinə işarə ilə, deyib: İran-Türkiyə birgə iqtisadi komissiyası/ iqtisadi-ticari əlaqələrin genişləndirilməsi barədə səy və qərar çıxarmaq məqsədilə tezliklə iclas keçirəcək.
Məhmud Vaezi videokonfrans formasında keçirilən bu iclasın kənarında müxbirlərlə müsahibədə İran-Türkiyə iqtisadi-ticari əlaqələri həcminin koronavirus pandemiyasından sonra aşağı düşməsinə işarə ilə, qeyd edib ki, iki öikə öz iqtisadi əlaqələr səviyyəsini sürətlə, koronavirus pandemiyasından öncəki zamana qaytarmaq əzmindədir.