Sen 21, 2020 10:15 Asia/Baku
  • İranda əqrəblər bir saat geri çəkildi

İranda qış vaxtına keçidlə əlaqədar sentyabrın 21-nə keçən gecə əqrəblər 1 saat geriyə çəkilib.

Səhər Azəri bildirir ki, İran İslam Şurası Məclisinin yay və qış vaxtlarına keçidlə əlaqədar qanuna əsasən hər il İranda 21 mart tarixində yay vaxtına keçidlə əlaqədar əqrəblər bir saat irəli çəkilir.

21 sentyabrda isə qış vaxtına keçidlə əlaqədar saatın əqrəbləri bir saat geri çəkilərək, əvvəlki vəziyyətə qaytarılır. 

İranın yerləşdiyi coğrafi ərazini nəzərə alaraq, gecə və gündüz arasında dəyişiklik çoxdur. Buna görə də günün işıqlı saatlarından maksimum istifadə üçün yay və qış vaxtlarına keçid edilir.

Teqlər