Zərif Dağlıq Qarabağda atəşkəsi müsbət qarşılayıb
Okt 10, 2020 22:06 Asia/Baku
Zərif: “İran Dağlıq Qarabağdakı atəşkəsi sülhə doğru bir addım olaraq məmnuniyyətlə qarşılıyır”.
SəhərAzəri xəbər verir, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" hesabında Dağlıq Qarabağla bağlı son durum barədə yazıb: "İran Dağlıq Qarabağdakı atəşkəsi sülhə doğru bir addım olaraq məmnuniyyətlə qarşılıyır. Biz Qonşularımızı beynəlxalq hüquq və ərazi bütövlüyünə hörmət əsasında dialoqa çağırırıq və qonşumuz Rusyadan atəşkəs yaratmaqda konstruktiv səylərinə görə təşəkkür edirik".