Okt 11, 2020 12:42 Asia/Baku
  • AEBA-nın baş direktoru İranın nüvə proqramının sülhsevər olduğunu etiraf edib

MAQATE-nin baş direktoru ABŞ başçılarının iddialarının əksinə olaraq, İranın nüvə proqramının sülhsevər olduğunu etiraf edib.

SəhərAzəri xəbər verir, Rafael Qrossi dünən Avstriyada çıxan «Di Presse» qəzeti ilə müsahibədə amerikanlar və sionistlərin «İranın atom silahı düzəltməyə çalışması»na dair əsassız iddalarının üzərindən cızıq çəkərək, belə bir məsələni təsdiq edibdir ki, İran bu iş üçün yetərincə nüvə maddəsi istehsal etməyibdir.

Qrossi söyləyib: İranlıar nüvə anlaşmasında öhdəlik götürdükləri həddən olduqca yüksək miqdarda uran zənginləşdirməsini davam etdirirlər və bu miqdar hər ay daha da artır.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru sonra deyib: Hal-hazırda İranın ixtiyarında lazım olan qədər nüvə maddələri yoxdur.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik sentyabrın üçündə direktorlar şurası üzvlərinin ixtiyarına qoyduğu ən yeni hesabatında təsdiq edibdir ki, İranın zənginləşdirilmiş uran ehtiyatlarının miqdarı artıbdır.

İran İslam Respublikası və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik avqust ayının sonlarında, Qrossinin Tehrana ikigünlük səfərinin sonunda birgə bəyanatda blidirdilər ki, İran könüllü surətdə agentliyə/ təyin edilmiş iki məkana əlçatanlıq imkanı yaradıb və bu məsələlərin həlli üçün agentliyin faktaraşdırıcılıq fəaliyyətlərini asanlaşdıracaqdır.

Teqlər