Okt 11, 2020 19:31 Asia/Baku
  • İranın Qarabağ münaqişəsi qarşısındakı mövqeyi yüksək dəyərləndirilib

Qafqaz Mədəniyyət Mərkəzinin direktoru İranın Qarabağ münaqişəsi qarşısındakı mövqeyini konstruktiv və aqilanə adlandırıb.

SəhərAzəri xəbər verir, Mohəmmədreza Kəffaş Cəmşid bu gün bu mərkəzdə keçirilən «Qarabağ münaqişəsindəki son olayların araşdırılması» adlı elmi yığıncaqda İranın mövqeyini ədalətli və konstruktiv adlandırıb.

Kəffaş Cəmşid İranın siyasi rəsmiləri və şəxsiyyətlərinin son Qarabağ hadisələri qarşısındakı sözlərini yüksək dəyərləndirərək, deyibdir ki, bu mövqe, çəkişmələrin azaldılmasında önəmli rol oynayıb.

Qafqaz məsələləri üzrə ekspert həmçinin sionist rejimin Cənubi Qafqaz coğrafiyası zəminindən istifadə sahəsindəki cəhdinə işarə ilə söyləyib: Bu rejimin məqsədi, İranın qarşısında dayanmaq və ona zərbə vurmaqdır. Sionist rejim müharibə qızışdırır.

Teqlər