Ali Baş Komandan: "ABŞ-dakı boşboğazlar İranın qabiliyyətlərindən qorxurlar"
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ABŞ-dakı boşboğazların, İranın müdafiə, raket və regional qabiliyyətləri barədə hay-küylərinin səbəbinin İslam Respublikasının bu imkanlara çatmaq üçün dəqiq və rasional hesablamaları olduğunu bildirib.
SəhərAzəri xəbər verir, İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı Həzrət Ayətullaulüzma Xamenei bu gün İmam Əli (ə) adına Zabitlik Universitetində keçirilən Silahlı Qüvvələrin Zabitlik Universitetlərinin birgə məzunluq mərasimi ilə video əlaqədə, deyib: "Amerikalıların cəfəngiyatları, onların bu sahədəki qorxuları, həmçinin geri qalmalarından irəli gəlir, Lakin bu atmosferlərdən asılı olmayaraq məntiqli hesablama sistemi qorunmalıdır və İslam Respublikası bütün bu sahələrdə irəliləməyə davam edəcəkdir".
Həzrət Ayətullaulüzma Xamenei, həmçinin ABŞ prezidentinin ölkə iqtisadiyyatına xələl gəlməsindən və İran millətinə qarşı törədilən cinayətə görə xoşbəxtlik ifadə etməsinə də toxunaraq, buyurub: "Belə bir cinayətə görə fəxr etmək yalnız sizin kimi alçaq insanlara aid ola bilər".
"Əlbətdə ki, ABŞ-ın minlərlə milyard dollarlıq büdcə kəsiri və on milyonlarla ac və yoxsulluq həddinin altında olan insanlarla mövcud vəziyyəti çox pisdir və ABŞ-ın satqın, cinayətkar və alçaq rəsmilərinin gözü kor olsun ki, İran xalqı iman gücü və milli əzmkarlıqla çətinliklərin öhdəsindən gələcək və sanksiyalardan ölkə iqtisadiyyatını həqiqətən gücləndirmək üçün bir vasitə kimi istifadə edəcəkdir", -deyə İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı qeyd edib.
Həzrət Ayətullaulüzma Xamenei bir daha bu məsələyə ki, problemlərin həlli ölkənin daxilindədir, təkid edərək, buyurublar: "İnsanların iqtisadi və məişət problemləri, rəsmilərin gecə-gündüz çalışmaları, güclü, hərtərəfli və yorulmaz idarət etmə və yerli istehsala təmərküzləşmə və xaricə ümid bəsləməmək şərti ilə həll olunandır və Amerika millətinə hakim kəsilmiş quldurların hay-küyü heç kəsin zehnini məşğul etməməlidir".
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı, təhdidlərin dəyişməsinə toxunaraq, onlarla qaşılaşmaq üçün yeni proqramların lazım olduğunu bildirərək, vurğulayıblar: "İran Silahlı Qüvvələrinin universitetlərində aparılan araşdırmalarda yeni təhdidlərin proqnoz edilməsi və onlarla necə mübarizə aparmağın yollarını bilməyə ciddi şəkildə diqqət yetirilməlidir".