Dağlıq Qarabağ Azərbaycana aiddir və İslam aləminin bir parçasidir
https://azeri.sahartv.ir/news/İran-i368362-dağlıq_qarabağ_azərbaycana_aiddir_və_İslam_aləminin_bir_parçasidir
"Ümid edirəm ki, Azərbaycan alimləri, ali təhsillilər və elitaları, düşmənlərin  İran və Azərbaycan xalqlari arasında təfriqə salmaq üçün sui-qəsdlərinin qarşısını alacaqlar".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2020 18:54 Asia/Baku
  • Dağlıq Qarabağ Azərbaycana aiddir və İslam aləminin bir parçasidir

"Ümid edirəm ki, Azərbaycan alimləri, ali təhsillilər və elitaları, düşmənlərin  İran və Azərbaycan xalqlari arasında təfriqə salmaq üçün sui-qəsdlərinin qarşısını alacaqlar".

SəhərAzəri xəbər verir, Dini elmlər hövzələrinin rəisi Ayətullah Əlirza Ərafi, bir bayanatda vurğulayıb: "Azərbaycan, xüsusən də Lənkəran, BadKubə və Dağlıq Qarabağ bölgəsi, şiə tarixində böyük alimlərin beşiyi olmuşdur və bu bölgənın alimləri həmişə elm səmasında və Alimlər Sahəsində parlayiblar. Bu bölgədəki 70 illik kommunist hökmranlıq belə bu bölgənin şərəfli, azad və səmimi insanlarının “İslam və Peyğəmbər (s) və Əhli-Beyt (ə)”-ə bağlılığını heç vaxt azaltmamışdır və hər zaman bu əziz və şərəfli millət İslam yolunda sabit qədəm olublar, təkəbbürlü və sionizmə və pozğun güclərə qarşı müqavimət göstəriblər.
Beynəlxalq müqavilələrə görə, Dağlıq Qarabağ Azərbaycana aiddir və İslam aıəminin bir parçasidir və bu torpaqdan ayrılmayandır".
Ayətullah Ərafi qeyd edib: "Hazirda fitnələrə qarşı tam ayıqlıqla Azərbaycanın ərazi bütövlüyünü qorumaq  və İslam ölkələrində əcnəbilərin müdaxiləsinə qarşı durmaq müsəlmanların dini, şəri, mənəvi və insani vəzifəsidir".