Okt 16, 2020 07:30 Asia/Baku
  • İran Qarabağ münaqişəsinin stabil həllinə kömək etməyə hazırdır

İran xarici işlər naziri deyib ki, Tehran Qarabağ münaqişəsinin stabil həllinə və sülhə nail olmağa kömək etməyə hazırdır.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun dünən İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon əlaqəsində Qarabağ münaqişəsindəki son meydan olayları şərh edilib.

Bir daha İran İslam Respublikasının prinsipial mövqeyini açıqlayıb, Azərbaycan Respublikasının ərazi bütövlüyünü vurğulayan Zərif deyib: Tehran Minsk qrupu mexanizminin təkmilləşdiriciləri kimi İran, Türkiyə və Rusiyanın regional təşəbbüsü çərçivəsində Qarabağ münaqişəsinin stabil həllinə və sülhə nail olmağa kömək etməyə hazırdır.

İran və Azərbaycan Respublikasının xarici işlər nazirləri həmçinin Qarabağ böhranının həlli üzrə regional təşəbbüslərin rolu və önəminə təkid ediblər.

Teqlər