Okt 21, 2020 13:29 Asia/Baku
  • Təhlükəsizlik və sabitlik satın alınası deyil

İranın xarici işlər naziri bildirib ki, təhlükəsizlik və sabitlik satın alınası deyildir.

SəhərAzəri xəbər verir, Fars Körfəzi bölgəsinə ən böyük silah satıcısı kimi Amerikanı tənqid edən iran xarici işlər naziri deyib: Bəlkə də bir kəs pul ilə ən mürəkkəb silahları satın ala bilər, amma həqiqət budur ki, təhlükəsizlik və sabitlik satın alınası deyildir.

Məhəmməd Cavad Zərif BMT Təhlükəsizlik Şurasının Fars Körfəzinin durumunun araşdırılması üzrə virtual iclasında İran tərəfindən irəli sürülmüş Hörmüz və ya Ümid sülh hərəkatına işarə ilə söyləyib: Bu təşəbbüs regionda hər bir ölkənin/ qonşuların rifahı, sabitlik və sülhə zəmanət və hamının ondan bəhrələnməsi üzrə məsuliyyətinə söykənir.

Zərif bildirib ki, regional hegemonçuluğun əldə edilməsi, qonşuların əmin-amansızlığı qarşılığında təhlükəsizliyin qazanılması və başqalarının təhlükəsizliyinin satın alınması kimi yanlış göstərişlər acınacaqlı nəticələrə gətirib çıxarıbdır.

O, deyib: Amerikanın öz sahillərindən 7600 mil uzaqlarda- Fars Körfəzi bölgəsindəki qanunsuz iştirakı İŞİD-in bir nömrəli düşməni olan şəhid general-leytenant Qasem Soleymaninin/ ABŞ prezidenti tərəfindən qorxaqcasına terror edilməsindən savayı heç bir nailiyyət gətirməyibdir.

İranın xarici işlər naziri sonra deyib: Güclü region siyasi sabitliyə ehtiyac duyur ki, onda bütün qonşular strateji təmkinliliyi məşq edirlər. O, sonra belə qeyd edib: Biz regionda sistemli təhlükəsizliyin və əhatəli dialoqun yaradılması üçün region ölkələri tərəfindən kollektiv əməkdaşlığa ehtiyac duyuruq; əks halda, nəsillər boyu başımız hərc-mərcliyə qarışacaqdır.

Teqlər